Vüqar Bayramov Azərbaycanda son 10 ilin makro iqtisadi göstəricilərini şərh edib.

“Son 10 ilin iqtisadi yekunları göstərir ki, Azərbaycan Cənubi Qafqazda strateji mövqeyini qorumaqla yanaşı milli iqtisadiyyatın inkişafı ilə bağlı prioritetlərə nail ola bilib.Biz qeyri-neft sektoru və qeyri-neft sənayesində artım tempi müşahidə etmişik. Son 10 ildə qeyri-neft sektoru 1,6 dəfə artaraq ötən ilin yekunlarında 50,8 milyard manata çatıb. Bu o deməkdir ki, ÜDM-in təxminən 68%-i qeyri-neft sektorunun payına düşüb.”

Deputat aqrar sektorda olan artımı xüsusi qeyd edib: “Qeyri-neft sektorunun digər istiqaməti olan aqrar sektorda da 1,5 dəfə artım qeydə alınıb. Bu da ixracatda və daxili tələbin ödənilməsində qeyri-neft sektorunun payının artmasına səbəb olub.””2025-ci ilə qədər Azərbaycanda orta illik qitisadi artım tempinin 7 %-ə yüksələcəyi proqnozlaşdırılır. Bu da ondan xəbər verir ki, Azərbaycan yenidən növbəti illərdə sürətli artım mərhələsinə qədəm qoya biləcək”, – deyə V.Bayramov bildirib.

#İnkişafKorporasiyası#iko#EconomyAz

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.