Ələt İqtisadi Zonasında sahibkarlara verilən güzəştlər

Azərbaycanda yaxın vaxtlarda fəaliyyətə başlayacaq Ələt Azad İqtisadi Zonasında (Alat Free Economic Zone #AFEZ ) investorları əla işgüzar mühit və strateji mövqedən dünya bazarlarına çıxış gözləyir.

Zonanın əsas müştəriləri cəlbedici vergi və gömrük güzəştləri paketi gözləyir. Vergi, gömrük və digər xidmətlərlə bağlı güzəştlər aşağıdakı kimidir:

· 0% Korporativ Vergilər

· İxrac üçün mallara 0% gömrük və ƏDV

· Ticarətin asanlaşdırılmasına əsaslanan gömrük rejimi

· Xarici mülkiyyət məhdudiyyəti yoxdur

· Xarici valyuta və ya mənfəətin geri qaytarılması ilə bağlı heç bir məhdudiyyət yoxdur

· Xarici vətəndaşlar üçün viza alınması asanlığı

· Biznesin «bir pəncərə» vasitəsilə qiymətləndirilməsi və lisenziyalaşdırılması

· Müstəqil İdarəedici və tənzimləmə orqanı

· Mübahisələrin beynəlxalq standartlara uyğun olaraq müstəqil həlli

· Sağlamlıq, təhlükəsizlik, əmək və ətraf mühitlə bağlı beynəlxalq standartlar

· İnvestorların tam qorunması

· Əqli mülkiyyət hüquqlarının tam qorunması.

#İnkişafKorporasiyası#iko#AFEZ

33

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.