Video təlim platforması sahibkarların istifadəsinə verildi.

Sahibkarların təlim-tədris imkanlarının genişləndirilməsi və biznes sahəsində qabaqcıl təcrübənin tətbiqinin sürətləndirilməsi məqsədilə innovativ yanaşma və müasir təcrübə əsasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən video təlim platfoması yaradılıb.

Platformada biznesə başla, yumşaq bacarıqlar (soft skills), korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm, ixrac prosesinin təşkili istiqamətləri üzrə 180 təlim videosu, mövzuların təqdimatları və özünüqiymətləndirmə testləri yerləşdirilib. KOB-lar, startaplar və biznesə başlamaq istəyən şəxslər www.kobim.az saytında qeydiyyatdan keçməklə ödənişsiz olaraq video təlimlərdən yararlana, qazandıqları bilikləri özünüqiymətləndirmə testləri vasitəsilə yoxlaya bilərlər.

#İnkişafKorporasiyası#iko#KOBİA#KOB

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.