Azərbaycanda payız sərgi mövsümü yenidən start götürür

Cari ilin oktyabr ayında Azərbaycanda “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış ticarət-sənaye sərgiləri mövsümü yenidən start götürür.


Sərgi mövsümü VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə start götürəcək. “Baku International Book Fair 2021” dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.


Oktyabrın 20-22-də isə Bakı Ekspo Mərkəzində 3 beynəlxalq sərgi keçiriləcək. 2021-ci ildə Azərbaycanın sərgi sənayesi üçün mühüm tədbirlərdən biri #RebuildKarabakh sərgisi olacaq. Sərgi regionun inkişafına töhfə verə biləcək tikinti, kənd təsərrüfatı, təhlükəsizlik, energetika, telekommunikasiya, səhiyyə, təhsil və digər sahələrin nümayəndələrini bir platformada toplayaraq, effektiv əməkdaşlıqların qurulmasına, aktual müzakirələrin aparılmasına və yeni sərmayələrin cəlb edilməsinə şərait yaradacaq.


İnşaat sənayesinin əsas tədbiri olan #BakuBuild2021 sərgisində tikinti-inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqları nümayiş etdiriləcək. Ənənəvi olaraq, eyni tarixdə keçiriləcək “Aquatherm Baku 2021” sərgisi Azərbaycan, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətləri bir araya gətirəcək.

Ətraflı məlumat və qeydiyyat üçün – www.rebuildkarabakh.az www.bakubuild.az www.aquatherm.az


#İnkişafKorporasiyası #iko #RebuildKarabakh #BakuBuild #BakuBookFair #CaspianEventOrganisers #BakuExhibitions #EconomyAz

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.