Aqrokadr.az karyera portalının təqdimatı keçirilib

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə tərəfdaşlığı ilə aqrokadr.az karyera portalının onlayn təqdimatı keçirilib.

Portalda aqrar sahə üzrə təqdim olunan iş yerləri, işçi axtarışında olan şirkət və müəssisələr barədə məlumatlar yerləşdirilib. Eyni zamanda, işəgötürənlərə karyera portalının “Namizədlər” bölməsində işsiz, eləcə də işaxtaran şəxslərin təhsil və iş təcrübəsi ilə tanış olmaq imkanı yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan www.aqrokadr.az karyera portalı iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı iş axtarışının stimullaşdırılmasını hədəfləyir. Portalın üç prinsipi var: operativlik – imkanlara, dəyişikliklərə və risklərə çevik münasibət, şəffaflıq – karyera quruculuğunda, o cümlədən aqrar sektorda peşələrin və peşəkarların açıq inkişafına dəstək, peşəkarlıq – fəaliyyətlərin icrasına əsaslandırılmış effektiv və səmərəli yanaşma.

#İnkişafKorporasiyası#iko#Aqrokadr#KTN#ASK

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.