Azərbaycanda “e-KOB evi” portalı yaradılır.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda edilən dəyişiklikdə bildirilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq məqsədilə “e-KOB evi” portalının yaradılması, fəaliyyəti, portalda “Sahibkarın elektron kabineti” və “Biznes Naviqator” altsistemlərinin yaradılması, dövlət orqanları tərəfindən KOB evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsi təmin edilsin.

Portalda yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir. Portalın sahibi və operatoru Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir.

#inkişafkorporasiyası#iko#Prezidentaz#Fərman#KOBİA

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.