Növbəti həftələrdə Azərbaycanda daha bir ixtisaslaşmış sənaye zonasının açılışı gözlənilir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” adlı müstəqil hesabatının növbəti nəşrinin təqdimatında çıxış edərkən deyib. “Bu gün ölkənin qeyri-neft ixracının müəyyən faizi xüsusi sənaye zonalarının payına düşür. Bu rəqəm sürətli şəkildə artır. Bu gün ölkənin qeyri-neft sektorunun artım dərəcəsi təqribən 51%-ə yaxındır”, – deyə Cabbarov qeyd edib.

Nazirin sözlərinə görə, Qarabağda ixtisaslaşmış iqtisadi zonaların yaradılması gözlənilir. “Sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək ki, bu da öz növbəsində gələcəkdə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək.”

#İnkişafkorporasiyası#iko#İqtisadiyyatNaziri#sənayezonası#iqtisadiyyat

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.