“TEKNOFEST-2022” Azərbaycanda keçiriləcək.

İstanbulda “Teknofest-2021” Aviasiya, Kosmos və Texnologiya Festivalı başlayıb.

Tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Müdafiə Sənayesi və Müdafiə nazirlikləri təmsil edir. Pavilyonda quraşdırılan monitorda 44 günlük Vətən müharibəsi zamanı “Bayraktar TB2” pilotsuz uçuş aparatı ilə məhv edilən düşmən texnikaları və hərbi obyektlərinin görüntülərindən ibarət videoçarx nümayiş etdirilir.

TEKNOFEST-in builki təqdimatında Türkiyənin “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktar vurğulayıb ki, bu il Aviasiya, Kosmik və Texnologiya Festivalına (TEKNOFEST) Azərbaycandan əvvəlki illərdən daha çox iştirakçı qatılıb. “2022-ci ildə Azərbaycanda da TEKNOFEST təşkil olunacaq”, – Bayraktar bildirib.

#İnkişafKorporasiyası#iko#TEKNOFEST

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.