Rəqəmsal icra hakimiyyəti

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb.

Yerli icra hakimiyyətləri tərəfindən təqdim edilən xidmətlərin vətəndaşlara elektron qaydada təqdim edilməsi üçün Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal icra hakimiyyəti” portalının yaradılmasına start verib.

Regional rəqəmsal hökumət quruculuğunun yekun hədəfi qərar qəbuletmə prosesində çevikliyin artırılması, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çevikliyi və səmərəliliyi təmin etməkdir. Bu məqsədlə Gəncə şəhəri, Quba və Masallı rayonlarında pilot layihə olaraq müvafiq işlərin görülməsinə start verilib.

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.