Azərbaycanda elektron ticarətin inkişafı üçün bu ilin sonunadək yeni imkanlar yaradılacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və rəqəmsal inkişaf şöbəsinin rəhbəri Rəşad Əzizov qeyd edib ki, Azərbaycan Avropa ittifaqının EU4Digital təşəbbüsündə fəal iştirak edir. “Hazırda geniş miqyasda “virtual anbar” həllinin icrası üçün tövsiyələr hazırlanır.” “Virtual anbar”lar gömrük, idxal rüsumları, nəqliyyat və qida təhlükəsizliyi sənədləşmələri üçün lazımı məlumatları real vaxt rejimində avtomatik olaraq yaradır, alıcılar isə aldığı məhsulu onlayn şəkildə izləmək imkanı əldə edirlər.

Hazırda Azərbaycan, Gürcüstan və Ermənistanda Aİ və Şərq Tərəfdaşlığı regionu arasında elektron kommersiyanı inkişaf etdirmək üçün pilot layihəyə start verilib. Layihə “virtual anbarlar”ı sınaqdan keçirməyi hədəfləyir, həmçinin Şərq Tərəfdaşlığı ölkələrində e-kommersiya iştirakçılarını yeni qaydalara və gələcəkdəki paralel dəyişikliklərə hazırlamaqdan ibarətdir.

#İnkişafKorporasiyası#iko

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.