Dövlət Nəzarəti İnformasiya Sistemi yaradılıb.

2021-ci il 30 yanvar tarixində Prezident İlham Əliyevin imzaladığı “Dövlət Nəzarəti İnformasiya Sisteminin yaradılması haqqında” Fərmana uyğun olaraq artıq Azərbaycan Prezidentinin Administrasiyasında bütün sahələr üzrə imzalanmış fərman və sərəncamların, o cümlədən verilmiş digər tapşırıqların vaxtında və tam şəkildə icrasına nəzarətin gücləndirilməsini təmin edəcək yeni elektron sistem yaradılıb.

Hazırda bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət şirkətləri, publik hüquqi şəxslər yeni yaradılmış Dövlət Nəzarəti İnformasiya Sisteminə qoşulub. Artıq 2021-ci il üzrə icraya nəzarət yeni sistem üzərindən onlayn qaydada həyata keçirilir. Eyni zamanda, sistem vasitəsilə ölkənin rayonlarının müxtəlif sahələr üzrə qiymətləndirilməsi aparılır.

Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətə başlaması ümumilikdə ölkə üzrə yuxarıda qeyd edilən istiqamətləri əhatə edən mərkəzləşdirilmiş məlumat bazasının yaradılması və idarə olunması, obyektiv və nəticəyönümlü hesabatlılığın təşkilini təmin edəcəkdir.

#İnkişafKorporasiyası #iko

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.