“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutu 2021-ci il 16-17 sentyabr tarixlərində beynəlxalq elmi-praktik konfrans keçirəcək.

Konfransın plenar iclası Ağdamda, digər iclasları onlayn təşkil olunacaq. Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaq:

– Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;

– Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;

– Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;

– Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı.

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.