Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyin tərkibində 4 publik hüquqi şəxs fəaliyyət göstərəcək.

Prezident İlham Əliyevin İmzaladığı fərmana əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyin tərkibində 4 publik hüquqi şəxs fəaliyyət göstərəcək.

11 oktyabrda imzalanan fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Bundan başqa, dövlət başçısının fərmanına əsasən, yeni nazirliyin tərkibində 4 publik hüquqi şəxs fəaliyyət göstərəcək.

Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi ölkəmizdə startap ekosisteminin daha da möhkəmlənməsinə şərait yaradacaq. Bu qurum nazirliyin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC, İnnovasiyalar Agentliyi, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşməsi əsasında təşkil ediləcək. Yeni agentlik innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri, o cümlədən startapları təşviq edəcək. Həmçinin onların maliyyələşdirilməsini təmin edəcək. Yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirəcək.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin də ölkədə İKT sistemində çevik addımlar atılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu agentlik ölkəmizdə İKT və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və keyfiyyətə nəzarət daxil olmaqla nəzarəti, o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini, radiospektr idarəçiliyini həyata keçirəcək, sahənin tənzimləmə, qiymət, keyfiyyət, çevik inkişaf siyasətini həyata keçirən requlyatoru olacaq.

Dövlət Dəniz və Liman Agentliyi isə Dövlət Dəniz Agentliyinin, eləcə də onun Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin, Nəqliyyat və Texniki-Təminat İdarəsi əsasında yaradılacaq. Bu agentlik dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, həmçinin dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, dənizçilərin hazırlanması sahəsində zəruri tədbirlər görmək səlahiyyətlərinə malik publik hüquqi şəxsdir. Qurum dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktlara və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunması, beynəlxalq müqavilələr ilə tənzimlənən və agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə ölkənin götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində tədbirlər həyata keçirəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə bu sahənin inkişafına AYNA tutacaq. Bu agentlik əsasən Dövlət Avtomobil Nəqliyyat Xidmətinin əsasında yaradılır. Sumqayıt və Gəncədə müvafiq icra hakimiyyətinə tabe olan sərnişindaşıma müəssisələri də bundan sonra AYNA-nın tərkibində fəaliyyət göstərəcək.

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.