“İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir

“Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir.Gənclər arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihə gənc və təcrübəsiz şəxsləri işə qəbul etməsi üçün işəgötürənləri həvəsləndirmək məqsədilə icra olunur. Layihə çərçivəsində işlə təmin edilən gənclərin əməkhaqqılarının 50%-i Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək.

Layihəyə 18-29 yaş aralığında, məsuliyyətli və öyrənməyə həvəsi olan, iş təcrübəsi olmayan, işsiz və işaxtaran gənclər müraciət edə bilərlər. Gənclər layihəyə www.genc.az saytı və “GencAPP” mobil tətbiqi vasitəsilə müraciət edə bilərlər.Müraciətlərin qəbulu 15 iyul tarixindən başlamaqla 15 avqustadək davam edəcək.

#İnkişafKorporasiyası#iko#EconomyAz

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.