Azərbaycanda 2024-cü ilədək bütün ölkə ərazisi optik internetlə təmin olunacaq.

Bunu “Post COVID-19 və 4-cü Sənaye İnqilabı perspektivlərindən təhsilin dizaynı” adlı beynəlxalq konfransda çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.
“Azərbaycanda kifayət qədər insanın internetə çıxışı yoxdur və qarşımızda duran məqsəd 2024-cü ilədək Azərbaycanda fiber-optik internetin evə çatdırılmasıdır. Bu baxımdan Azərbaycan Prezidentinin tapşırıqları var. Rəqəmsal transformasiya üçün lazım infrastrukturun qurulması istiqamətində çalışırıq. Tam məsuliyyətimlə deyirəm ki, 2024-cü ilədək Azərbaycanın ən ucqar kəndinə internet çatdırılmış olacaq”, – deyə nazir qeyd edib.


#İnkişafKorporasiyası #iko

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.