Microsoft Windows 11 əməliyyat sistemini təqdim edib.

What’s Next for Windows adlı xüsusi tədbir çərçivəsində Microsoft şirkəti Windows11 əməliyyat sistemini təqdim edib. Windows11 istifadəçiləri yenilənmiş istifadəçi interfeysi ilə qarşılayır. #Microsoft şirkəti Windows 11-də vidjetlər mərkəzi yaradılıb. Həmin vidjetlər mərkəzində hava proqnozu, təqvim, səhmlərin kursları, son xəbərlər və s. kimi məlumatlar əks olunurlar. Kənar tərtibatçılar da öz vidjetlərini yarada bilərlər. Microsoft Store mağazası da ciddi dəyişikliklərə uğrayıb.

Microsoft Store-da reallaşdırılmış ən vacib yenilik isə ondan ibarətdir ki, ona Amazon AppStore və Android tətbiqlərin dəstəyi əlavə edilib. Windows 11-in yaradılması zamanı tərtibatçılar əməliyyat sisteminin performansına xüsusi diqqət ayırıblar. Windows 11 bu ilin payız fəslində istifadəyə veriləcək. Onun ilk beta versiyası isə yaxın həftələrdə işıq üzü görəcək. Windows 10-a sahib istifadəçilər pulsuz şəkildə yeni əməliyyat sistemini əldə edə biləcəklər.

#İnkişafkorporasiyası#iko#windows11

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.