Qarabağ KOB-ları proqramının əsas məqsədi şəhid ailələri, müharibə iştirakçısı olmuş, yaralanmış şəxslərin özləri, eləcə də ailə üzvlərinin maddi, sosial rifahının yaxşılaşdırılması, yaşadıqları yerlərdə iş yerlərinin artırılmasına dəstək olmaqdır.
Bu təşəbbüs, Qarabağ bölgəsində də iqtisadi dirçəlişi sürətləndirmək və sosial rifahı artırmaq məqsədini daşıyır. Azərbaycanın bir sıra rayonlarını da əhatə edən proqram çərçivəsində seçilmiş namizədlərə zəruri təlimlər keçirilib, sertifikatlar verilib. Peşə təlimlərinə də cəlb olunan iştirakçılar öz bizneslərini qurmaları üçün zəruri avadanlıqlarla təmin olunub.
Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA və Dövlət Məşğulluq Agentliyinin, İnkişaf Korporasiyasının təşkilatçılığı, PASHA Holding LLC-nin maliyyə dəstəyi hesabına həyata keçirilib.