KOB Model Müəssisə

KOB Model Müəssisə

Model Müəssisə - kiçik və orta sənaye şirkətlərinin səmərəli və rəqabət qabiliyyətli mədəniyyətə malik olmasına imkan verəcək qənaətli idarəetmə üsullarına əsaslanan fasiləsiz təkmilləşdirmə mədəniyyətinin ötürüldüyü tədris və təcrübə mərkəzidir.Model Müəssisə sənaye sahəsində fəaliyyət göstərən KOB subyektlərinə və gələcəkdə öz bizneslərini qurmaq istəyən tələbələrə təcrübə keçməyə, bacarıqlarını artırmağa, xüsusilə də universitet-sahibkarlıq əməkdaşlığını inkişaf etdirməyə imkan verir. Model Müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəsisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür. Model Müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənməyə imkan verir.Resurs və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması və s. mövzuların tədris olunduğu təlimlərdə istehsal ilə məşğul olan sahibkarlar və onların əməkdaşları ilə yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak ediblər.