İnkişaf Korporasiyası Haqqında

İnkişaf Korporasiyası

“İnkişaf Korporasiyası” Qapalı Səhmdar Cəmiyyəti dövlət və özəl qurumların inkişafı üçün həllərin yaradılması və həyata keçirilməsi məqsədilə təsis edilmiş və 17 sentyabr 2020-ci ildə qeydiyyata alınmışdır.

2 dəq.

Geri dönüş

99%

Müştəri məmnuniyyəti

22+

Müştəri bazası

50+

Layihələrimiz

İnkişaf Korporasiyası Haqqında

İnkişaf Korporasiyası

Əlaqə
İnkişaf Korporasiyası

“İnkişaf Korporasiyası” Qapalı Səhmdar Cəmiyyəti dövlət və özəl qurumların inkişafı üçün həllərin yaradılması və həyata keçirilməsi məqsədilə təsis edilmiş və 17 sentyabr 2020-ci ildə qeydiyyata alınmışdır. “Milli Təhsil Texnologiyaları Mərkəzi” İctimayi Birliyinin heyəti tərəfindən yaradılan “İnkişaf Korporasiyası” dövlət və özəl sektorun inkişafında ən etibarlı təşkilat olmaq üçün fəaliyyətə başlamışdır.

“Milli Təhsil Texnologiyaları Mərkəzi” (MTTM) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 29 Avqust 2013-cü il tarixində qeydə alınmışdır. 19 May 2014-cü ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə MTTM arasında anlaşma memorandumu imzalanıb. Təhsil Nazirliyi 2014-cü ildən etibarən MTTM ilə birgə “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində əhəmiyyətli işlər həyata keçirib. Layihənin əsas vəzifələri uşaq və yeniyetmələrin fiziki-psixi sağlamlığının qorunmasına xidmət edən sağlam təhsil texnologiyalarını işləyib hazırlamaq, bu texnologiyaları tətbiq etmək, uşaq və yeniyetmələrdə milli mənəvi dəyərlərin formalaşdırılmasını təmin edəcək təlim mühitinin yaradılması işinə töhfələr verməkdən ibarətdir.

Zamanla sınanılmış peşəkar kollektivimiz geniş çeşiddə xidmətlər təklif edir.

Fəalliyətimiz çərçivəsində insan inkişafı sisteminin qurulması, restrukturizsiyası və platformaların hazırlanması xüsusi yer tutur. Bu istiqamət üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Texnologiya Universiteti UTECA və digər özəl müəssisələrlə əməkdaşlıq qurulmuşdur.

Bununla yanışı, peşəkar mütəxəssilərin cəlb edilməsi ilə strategiyaların hazırlanması fəaliyyətimizin mühüm istiqamətlərindən biri kimi çıxış edir. Belə ki, strategiyaların Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üçün işlənib hazırlanması uğurla həyata keçirilir.

Təcrübəli ekspertlərdən ibarət heyətimiz standartların hazırlanması və tətbiqi, strateji kommunikasiya sisteminin qurulması, iqtisadi modellərin və biznesin inkişafı ilə bağlı bir sıra xidmətlər göstərir, təkliflər, konsepsiyalar, strateji prioritetlərin hazırlanmasında iştirak edir.

Korporasiya bir sıra dövlət və özəl müəssisələri, o cümlədən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi (“Sağlam Təhsil – Sağlam Millət” layihəsi), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Texnologiya Universiteti UTECA və s. üçün rəqəmsal marketinq xidmətini göstərir.

Həmçinin, tərəfimizdən İT xidmətləri yüksək peşəkarlıqla yerinə yetirilir. Korporasiyanın icra etdiyi işlərin fərqi göstərdiyimiz məsləhət xidmətləri ilə yanaşı, onları həm də tətbiq etməsindədir. Bununla yanaşı, əməkdaşlarımız və partnyorlarımızın dövlət qurumlarının təşkilində təcrübəsi də bizim özəlliyimiz kimi hesab oluna bilər. Fəaliyyətimizin əsas səciyyələndirən xüsusiyyətlərindən həm də korporasiyanın dövlət qurumlarının islahat layihələrində iştirak etməsidir.