Milli Təhsil Texnologiyaları Mərkəzi

Milli Təhsil Texnologiyaları Mərkəzi

Sağlam Təhsil-Sağlam Millət layihəsi

Layihənin əsas vəzifələri proqressiv Azərbaycan vətəndaşı yetişdirmək, uşaq və yeniyetmələrin fiziki-psixi sağlamlığının qorunmasına xidmət edən sağlam təhsil texnologiyalarını işləyib hazırlamaq, bu texnologiyaları tətbiq etmək, uşaq və yeniyetmələrdə milli mənəvi dəyərlərin formalaşdırılmasını təmin edəcək təlim mühitinin yaradılması işinə töhfələr verməkdən eyni zamanda tədris prosesinin şagirdlərin sağlamlığını zədələməməsinə yönəlik fəaliyyətlərin təşkilindən ibarətdir.

1. Rəqəmsal marketinq xidməti

  • Rəqəmsal marketinq işinin təşkili
  • Sosial media hesablarının analiz edilməsi və qüsur aktının tərtib edilməsi
  • Sosial Media Platformaların qurulması (Facebook, Instagram,Youtube)
  • Sosial Media Platformasının idarə olunması
  • SMM planın hazırlanması
  • Kontentin və dizaynların hazırlanması
  • Rəqəmsal platformalarda yaranan qüsurların mütəmadi aradan qaldırılması

2. IT həllər

3. Standartların hazırlanması və tətbiqi

“Sağlam Təhsil – Sağlam Millət” layihəsi çərçivəsində:

  • Pedaqoji, tibbi-gigiyenik, sosial-psixoloji sahələrdə monitorinqlər təşkil olunub;
  • Pedaqoji, tibbi-gigiyenik, sosial-psixoloji sahələrdə müxtəlif təlimlər təşkil olunub;
  • İyirmi bir adda metodik vəsait hazırlanıb;
  • Şagirdlərin sosial bacarıqlarının formalaşdırılması məqsədi ilə tədbirlər təşkil edilib ;
  • 18 aprel 2017-ci ildə “Sağlam Təhsil- Sağlam Millət”: görülən işlər, nailiyyətlər, perspektivlər” adlı elmi-praktiki konfrans keçirilmişdir;
  • 2019-2020-ci tədris ilində online təlimlər, iki video təlim və üç video tövsiyə hazırlanıb.
  • Layihə hər il Təhsil sərgisində iştirak edir.
  • Layihə çərçivəsində görülən işlərlə əlaqədar müxtəlif KİV-də məlumat yerləşdirilib, ekspertlərin məqalələri dərc olunub.
Xüsusi layihələrimiz

Layihələr

Həyata keçirdiyimiz layihələr əsasən dövlət əhəmiyyətli layihələrdir.