“İnkişaf Korporasiyası” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən foto faktlar və arxiv materialları əsasında milli geyimlərimiz yenidən araşdırılıb. Bu barədə tərtib olunan yazı nümunəsində kişi və qadın geyimləri üzrə məlumat bazası toplanıb, milli geyim standartları hazırlanıb, Həmin standartlara əsasən yüksək keyfiyyətdə nümunə formalar tikilib.