“Karabakh.Center” layihəsinin təqdimat mərasimi keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsinin təqdimat mərasimi keçirilib.

Qarabağda dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 000-dən çox fotosu və videosu www.karabakh.center saytında yer alır. Burada eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər yerləşdirilib.Təqdimatda çıxış edən İqtisadiyyat naziri, #Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bildirib ki, bugünkü tədbir yeni bir yolun başlanğıcıdır: “Bu layihə onlayn portal kimi yox, gələcəkdə beyin mərkəzləri tərəfindən həqiqətin çatdırılması məsələləri kimi də mühüm olacaq.”

Tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin rəhbəri Rəhman Hacıyev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, deputat Fatma Yıldırım, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edib və ətraflı məlumatlar veriblər.

#Inkişafkorporasiyası#iko#QarabağDirçəlişFondu#KarabakhCenter

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.