Şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək göstərən “Qarabağ KOB-ları” layihəsinin iştirakçı sayı 2025-ci ildə 100 nəfər olmaqla, ümumilikdə 220 nəfərə çatıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil Texnologiyaları Mərkəzinin birgə tərəfdaşlığı, “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən layihənin icrasına həsr olunmuş tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamları, biznes assosiasiyalarının təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir çəçivəsində şəhid övladlarının rəsm əsərlərinin xeyriyyə auksionu da keçirilib.
