“Sağlam Təhsil-Sağlam Millət” layihəsi

Təhsilalanların sağlamlığının qorunması və təlim nəaliyyətlərinin yüksəldilməsi məqsədi ilə 2014-2015-ci ilin tədris ilindən etibarən “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin tətbiqinə başlanılmışdır. Layihənin əsas vəzifələri proqressiv Azərbaycan vətəndaşı yetişdirmək, uşaq və yeniyetmələrin fiziki-psixi  sağlamlığının qorunmasına xidmət edən sağlam təhsil texnologiyalarını işləyib hazırlamaq, bu texnologiyaları tətbiq etmək, uşaq və yeniyetmələrdə milli mənəvi dəyərlərin formalaşdırılmasını təmin edəcək təlim mühitinin yaradılması işinə töhfələr verməkdən eyni zamanda tədris prosesinin şagirdlərin sağlamlığını zədələməməsinə yönəlik fəaliyyətlərin təşkilindən ibarətdir.

Layihədə sağlam təhsil texnologiyaları  tətbiq edilir və  əsas məqsəd təhsil müəssisələrində təhsil alanları «doğru şəkildə hasilə yetirmək» –  onların  vücudunun, ruhunun, düşüncəsinin, sağlamlığını qorumaq  və inkişaf etdirməkdən ibarətdir. Sağlam təhsil texnologiyalarında təlim prosesi aşağıda qeyd edilən şərtlər daxilində təşkil edilmişdi: fiziki fəallığın və psixoloji gərginlikdən müdafiənin təmin olunması; təlim marağının yüksəldilməsi və öyrənməyi sevdirən təlim mühitinin yaradılması.

Bunun  üçün tibbi-gigiyenik və sosial-psixoloji istiqamətləri ehtiva edən  sağlam təhsil texnologiyaları  işlənib hazırlanmışdır.

Layihə Sumqayıtda 1, Bakıda 38 olmaqla, ümumilikdə 39 məktəbin 173 ibtidai sinfində, 2018-2019 tədris ilindən etibarən layihə məktəbə hazırlıq qruplarında da tətbiq edilir. Hal – hazırda 29 məktəbdə hazırlıq sinfində tətbiq edilir. Əlavə olaraq  2019-2020-ci tədris ilində inklüziv sinifləri olan 4 məktəbdə 32 sinifdə, 7 xüsusi təhsil məktəbində 42 sinifdə layihə tətbiq edilməyə başlanılıb.

           2020-ci ilin fevral (1-16 fevral) ayında  ADPU-nin SABAH qruplarının tələbələri  “Sağlam Təhsil” siniflərində pedaqoji təcrübə keçiblər. İndiyə qədər SABAH qruplarının 98  tələbəsi ST siniflərində praktikada olublar. Sağlam Təhsil layihəsi çərçivəsində iyirmi bir adda metodik tövsiyyə hazırlanıb.

Şagirdlərin sosial bacarıqlarının formalaşdırılması  məqsədi ilə yazıçılarla görüş, sağlam qidalanma, idman və s. adlarda tədbirlər təşkil edilib.

Sosial Media Platformalar(Facebook, İnstagram, Youtube) qurulub və idarə olunur.

https://www.facebook.com/mttm.edu.az

https://www.instagram.com/mttm.edu.az/

https://www.youtube.com/channel/UCe6TIxF72RCSeUXTAMkbH8A

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.