“Azərbaycan milli geyim standartları” layihəsinin geyim nümunələri Beynəlxalq Sərgidə təqdim olundu.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Azərbaycan milli geyim standartları” layihəsinin geyim nümunələrinin kiçik hissəsini Beynəlxalq Sərgidə təqdim etdi.

Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə “İnkişaf Korporasiyası” QSC tərəfindən tarixi mənbə və nümunələr əsasında müvafiq araşdırmalar aparılmaqla hazırlanan “Azərbaycan milli geyim standartları” layihəsinin 35 geyim nümunəsindən bir qismi oktyabrın 20-22-də Bakı Ekspo Mərkəzində keçirilən “Qarabağın bərpası, yenidən qurulması və inkişafı” mövzusunda ilk Azərbaycan “Rebuild Karabakh” beynəlxalq sərgisində təqdim olundu.

#İnkişafKorporasiyası#iko#MədəniyyətNazirliyi#MilliGeyimStandartları#CaspianEventOrganisers#BakuBuild#BakuExhibitions#rebuildkarabakh2021

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.