KOBİA ilə İnkişaf Korporasiyası arasında əməkdaşlıq və birgə təkliflərin verilməsi istiqamətində memorandum imzalanıb

Memoranduma əsasən İnkişaf Korporasiyası aşağıdakı istiqamətlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə təklifləri hazırlayacaq və KOBların inkişafı məqsədi ilə layihələr icra edəcək.

Əməkdaşlığın istiqamətləri
1. KOB subyektlərinin inkişafı ilə əlaqəli təkliflərin irəli sürülməsi;
2. Işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən KOB subyektləri ilə əlaqədar proqram və layihələrlə bağlı birgə təkliflərin verilməsi;
3. KOB subyektlərinin maliyyələşdirilməsi istiqamətində o cümlədən KOB subyektləri üçün “Ticarətin Strukturlaşdırılmış Maliyyələşdirilməsi” istiqamətində proqram və layihələr ilə bağlı birgə təkliflərin verilməsi;
4. Kadr potensialının yaxşılaşdırılması məqsədi ilə proqram və layihələrlə bağlı birgə təkliflərin irəli sürülməsi;
5. “G2B” (dövlət-biznes) və “B2B” (biznes-biznes) xidmətlərinin inkişafı məqsədilə ilə proqram və layihələrlə bağlı təkliflərin verilməsi;
6. KOB subyektlərinin beynəlxalq proqram və layihələrə cəlb olunması və iştirakının təşviq olunması (EU4Business, EU4Environment) məqsədilə birgə təkliflərin verilməsi;
7. KOB subyektlərinə münasibətdə həyata keçirilən dəstək siyasəti və tədbirlərinin beynəlxalq qiymətləndirmə indeks və hesabatlarında Azərbaycan Respublikasının mövqeyinin artırılmasına istiqamətlənmiş proqram və layihələr (SME Policy İndex) ilə bağlı birgə təkliflərin verilməsi;
8. KOB mühitinin yaxşılaşdırılması, o cümlədən palata və birjaların inkişafı məqsədi ilə proqram və layihələr ilə bağlı birgə təkliflərin verilməsi;
9. Qarşılıqlı şəkildə razılaşdırılmış digər fəaliyyətlər.

#İnkişafKorporasiyası#iko#KOBİA#KOB#Memorandum

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.