Franklin Piramidası

Benjamin Franklin 20 yaşında məqsədlərinə nail olmaq üçün plan hazırlamışdı və ömrü boyu bu plana riayət etmişdir. Bu plan “Franklin piramidası” adını alıb.

Piramidanın bünövrəsi əsas həyati dəyərlərdir. Həyatdan nə qazanmaq istəyirsiniz? Özünüzdən sonra dünyada nə kimi iz qoymaq istəyirsiniz?” suallarına cavab qismində çıxış edir.

Həyati dəyərlərə əsaslanaraq hər bir insan qarşısına qlobal məqsəd qoyur. O bu həyatda kim olmaq istəyir, nəyə nail olmağı planlaşdırır?

Məqsədlərə nail olmağın baş planı – qlobal məqsədə doğru gedən yolda müəyyən kiçik məqsədləri birləşdirməkdir.

Uzun müddətli plan 1-5 il üçün nəzərdə tutulur. Burada məqsədin dəqiq reallaşma müddətini müəyyənləşdirmək vacibdir.

Qısa müddətli plan (bir ay, yaxud 1 həftəlik) nə qədər yaxşı düşünülmüş olarsa, işiniz də bir o qədər effektiv olacaq.

Piramidanın sonuncu pilləsi – hər gün üçün nəzərdə tutulmuş planlardır. 

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.