ROWE (Results-Only Work Environment) nəticələrə fokuslanan idarəetmə strategiyasıdır.

Menecmentin bu tərzi insanların harada, nə zaman və necə işlədiyinə yox, yalnız nəticəyə önəm verməyi nəzərdə tutur. İşçilərə necə və nə zaman çalışacaqlarına qərar vermək seçimi verdikdə, sonra əldə olunan nəticəni qiymətləndirməlisiniz. Başqa sözlə desək, menecerlər prosesdən çox nəticə haqqında düşünməlidirlər.

ROWE metodunun effektiv olması üçün dəqiq, aydın məqsədlər və müddətlərin müəyyən olunması vacibdir. Işçilərə davamlı nəzarət etmək əvəzinə, onlara lazımi məlumatları təqdim etmək və zərurət yarandıqda dəstək olmaq daha məqsədə uyğun olar.
Görülən işlərə həqiqi mənada qiymət verildiyi halda məsafədən işləmək ofis işi ilə müqayisədə daha məhsuldar ola bilər.

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.