Eyzenhauerin matrisi

Eyzenhauer matrisi vaxtın idarə olunmasında ən məhşur və effektiv üsullardan biridir.

Bu ideyanın müəllifi ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer olmuşdur. O bütün gündəlik işləri 4 kateqoriyaya ayırır:

Vacib – təcili Bu zaman edəcəyiniz işlər içərisində ən başa bu işinizi qoyun və vaxtınızın əsas hissəsini ona ayırın.

Vacib – təcili deyil Bu işləri həmin anda etməyinizə ehtiyac olmasada, vacib olduğu üçün bu işləri planlanlamaq və edəcəyiniz vaxtı müəyyən etmək lazımdır.

Vacib deyil – təciliMümkündürsə zaman itirməmək üçün bu işləri başqasına verin və ya onlardan kömək istəyin.

Vacib deyil – təcili deyil Bu işlər bizim zamanımızı öldürməyə xidmət edir və buna görə mümkün qədər onlardan uzaq durmaq lazımdır.

Eyzenhauer cədvəli prioritetləri effektiv şəkildə qruplaşdırmaq və keçmiş günü daha düzgün qiymətləndirmək imkanı yaradır. Bu cədvəl vasitəsilə növbəti bir neçə gün üçün iş planı hazırlamaq mümkündür. Bununla yanaşı, təcili vacib işlər və cari aktual tapşırıqlar tez bir şəkildə həll olunur, iş ritmi isə qiymətli dəqiqələri boşa sərf edilmədən qorunub saxlanılır.

#i̇nkişafkorporasiyası#iko#timemanagement#eishenhowermatrix#planingskills

44

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.